Franchise

İlk dəfə 2016-cı ildə Bakının mərkəzində açılan kiçik və rahat bir məkanın ilk öncə dondurma-kafe şəbəkəsinə, az sonra isə sərfəli şərtlər əsasında işləyən franşizaya çevirilməsi hamı üçün sürpriz oldu. BoomBalamBuzun uğur və daimi gəlirə məhkum olan, həm Azərbaycanda, həm də xaricdə uğurla inkişaf etmək potensialına malik biznes olduğunu anlayandan sonra brendimizi məhz bu istiqamətdə inkişaf etdirmək qərarına gəlmişik. Bünövrəsi "Torqovuda" qoyulduğu ildə Dubayda, sonra isə Bakının Həzi Aslanov rayonunda filialları açılır. Hazırda BoomBalamBuz böyük ambisiyalara malik və sizin bölgə və şəhərlərdə çiçəklənməyə yönəldilmiş dondurma-kafedir. Ətraflı məlumat almaq üçün anketi doldurmağınızı xahiş edirik.